Sentyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov Sinqapurun ticarət, sənaye və milli inkişaf üzrə baş dövlət naziri Li Yi Şyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı qonaqlara Azərbaycanın təhsil sistemində aparılan islahatlar barədə məlumat verilib. Görüşdə həmçinin, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.