Mikayıl Cabbarov Göyçayda qəbul keçirəcək
12 avqust 2014 15:00 (UTC +04:00)

Mikayıl Cabbarov Göyçayda qəbul keçirəcək

Təhsil Naziri Mikayıl Cabbarov Göyçayda vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 18-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri ilə birlikdə vətəndaşlarla görüşəcək. Göyçayla yanaşı Ucar, Zərdab və Kürdəmir rayonunda yaşayan vətəndaşlar da nazirin qəbula düşə bilər.

 

Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna zəng etməklə və yaxud İnternet saytındakı “Elektron müraciət” bölməsindən qeydiyyatdan keçəməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar