MİDA-nın ilk layihəsinin internet səhifəsi təqdim olundu
16 noyabr 2017 15:48 (UTC +04:00)

MİDA-nın ilk layihəsinin internet səhifəsi təqdim olundu

Noyabrın 16-da Mənzil İnşaat Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimatı olub.
 

Lent.az-ın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev sayt haqda geniş məlumat verib. O bildirib ki, 5 əsas bölmədən ibarət www.yasamal.mida.az internet səhifəsi vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, mənzillərinin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri, tikinti ərazisinin baş planı ilə tanış olmaq mümkündür. Həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, "MİDA" MMC ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar əldə etmək olar.
 

Aparat rəhbəri qeyd edib ki, saytda Yasamal Yaşayış Kompleksində sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında da ətraflı məlumat yerləşdirilib. Növbəti mərhələdə "Elektron hökumət " portalında "Güzəştli mənzil " sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzilləri sistem vasitəsilə seçə biləcəklər".

A. Quliyev yaxın vaxtlarda yaşayış kompleksinə yeni yolların çəkiləcəyini də qeyd edib.


O bildirib ki, ikinci layihə də Bakı şəhəri ərazisində keçiriləcək: "Yasamal Yaşayış Kompleksi MİDA-nın ilk layihədir. İkinci layihə Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsində olacaq. Bu il 3 min mənzil tikiləcək. Mənzillərin qiymətlərində dəyişiklik ola bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar