Otaqo Universiteti (Yeni Zelandiya) alimlərinin əldə etdikləri eksperimental nəticəyə görə, meyvə-tərəvəz təkcə vitamin mənbəyi deyil, həm də əhvalı yaxşılaşdıran, könlü xoş edən, stimullaşdırıcı effektə malik qidadır. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, eksperimentdə 281 nəfər iştirak edib. 21 gün ərzində onların qidalandıqları rasiona görə özlərini necə hiss etdikləri araşdırılıb. Məlum olub ki, meyvə-tərəvəzlə bol qidalananlar digərlərinə nisbətən özlərini daha xoşbəxt hiss edir, daha rahat və həyat enerjilidirlər.
Mütəxəssislər analoji effekt üçün hər gün 7-8 porsiya meyvə və tərəvəz yeməyi məsləhət görürlər. Onların izahına əsasən, bir porsiya bir ovucun həcmi qədərdir. Əlavə analizlərdən sonra bəlli olub ki, bir porsiya növbəti gün də əhvalın yüksək qalmasına kifayət edir.