Metropolitenin bəzi işçilərinin maaşları artdı
18 iyul 2014 19:10 (UTC +04:00)

Metropolitenin bəzi işçilərinin maaşları artdı

“Bakı Metropoliteni” QSC-nin bəzi işçilərinin maaşları artırılıb. Bu barədə APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə bəzi struktur rəhbərlərinin, stansiya işçilərinin maaşlarında təxminən 30-50 faiz artım olub.

 

O qeyd edib ki, ümumilikdə metro işçilərinin maaşlarına baxılır, mümkün variantlar nəzərdən keçirilir, gələcəkdə digər işçilərin də maaşlarının artırılması nəzərdə tutulur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638

Oxşar yazılar