Metropolitendən Rəsulzadənin portretinə dair açıqlama
30 oktyabr 2013 11:54 (UTC +04:00)

Metropolitendən Rəsulzadənin portretinə dair açıqlama

“28 May” metro stansiyasında Demokratik Cümhuriyyətə aid olan bütün atributların hamısı olacaq”. Bunu Lent.az-a Bakı metrosunun “28 may” stansiyasında M.Ə.Rəsulzadənin şəklinin götürülməsi, divarlardakı bayraq, gerb və digər atributların dağıdılması ilə bağlı xəbərlərə aydınlıq gətirən metropolitenin rəis müavini Arif Rəsulov deyib. Onun sözlərinə görə, təmirdən sonra Azərbaycan himninin mətni, notları, bayrağı, İstiqlal bəyannaməsinin surəti stansiyada əks olunacaq: “Bütün bunlar əvvəlkindən də qəşəng formada yerləşdiriləcək. Rəsulzadənin portretinə gəlincə, son zamanlar stansiyalarda sifət söhbəti az olur. Sökülən portret çox bəsit və 1993-cü ildən qalmış idi. İndi onun yerində İstiqlal bəyannaməsi, bir tərəfdə isə Rəsulzadənin barelyefi, altda da imza olması planlaşdırılır”.

 

 

Qeyd edək ki, metropolitenin baş mühəndisi Elbrus Muradovun may ayında Lent.az-a açıqlamasında Rəsulzadəyə qarşı hörmətsizlikdən söhbət belə gedə bilməyəcəyini, stansiyada təmir işləri getdiyi üçün tozlanmasın deyə, Rəsulzadənin portretinin üstünün örtüldüyünü bildirmişdi: “Onun portreti niyə götürülməlidir ki? Təmirdən sonra portret də yerində qalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2330
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar