“Azərsu” ASC Bakının bəzi ərazilərində su verilişində yaranacaq məhdudiyyətlərlə əlaqədar məlumat yayıb. Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində yeni metro stansiyasının tikintisi ilə əlaqədar A.Salamzadə və C.Məmmədquluzadə küçələrində kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su kəmərinin yeri dəyişdirilib. Hazırda su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar martın 26-da gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Azadlıq prospekti, T.Əliyev, Ş.Rəhimov, Atatürk, X.Şuşinski küçələrinə və 3-cü Alatava yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.