Məscidlərdə matəm mərasimi keçiriləcək
13 dekabr 2014 16:07 (UTC +04:00)

Məscidlərdə matəm mərasimi keçiriləcək

0

Ərbəin – İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə Azərbaycan məscidlərində matəm mərasimi keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxtda və şimal bölgəsinin bəzi məscidləri istisna olmaqla, bütün bölgələrdəki məscidlərdə keçiriləcək mərasimlərdə Kərbəla hadisələrinin tarixi mahiyyəti, Vətən, iman sevgisi, torpağa bağlılıq təlqin olunacaq.

Məclislərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək.

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan müsəlmanlarına İmam Hüseyn (ə) təziyəsi ilə bağlı baş sağlığı verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar