Mədət Quliyev  məhbus ailələri ilə görüşüb
19 mart 2013 11:53 (UTC +04:00)

Mədət Quliyev məhbus ailələri ilə görüşüb

Bu gün ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin ailə üzvləri ilə görüşüb.


 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən M. Quliyev bildirib ki, görüş ədliyyə naziri Fikrət Məmmədovun göstərişi ilə keçirilir: “İlk dəfədir ki, bu cür tədbir keçiririk. Azərbaycan hökuməti saxlanılan şəxslərə hər cür qayğı göstərir. Bir neçə yeni Cəzaçəkmə Müəssisəsi tikilir ki, orada saxlanılan şəxslərin şəraiti daha da yaxşı olsun. Şəki şəhərində dünya standartlarına cavab verən yeni müəssisə tikilib, yaxın günlərdə istifadəyə veriləcək. Digər yerlərdə də işlər aparılır”.

 

M. Quliyev Penitensiar Xidmətdə qanuna zidd hərəkət edən əməkdaşları cəzalandırdıqlarını da deyib: “Elə həftə yoxdur ki, qanunun tələblərini pozan əməkdaşı xidmətdən azad etməyək. Bundan başqa, biz məhkumlara verilən yeməklərin keyfiyyətinin yaxşı olmasına çalışırıq. İstəmirik ki, onlar ailələrindən nəsə tələb etsinlər. Bilirik ki, bunlar xərc tələb edir. Qısa zamanda çalışacağıq ki, məhkum hansı bölgədəndirsə, orada olan müəssisədə də saxlanılsın. Məsələn, Lənkərandan olan məhkumun cənub zonasında olan müəssisədə saxlanmasını istəyirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812
avatar

Oxşar yazılar