Masallıda Novruz sovqatı paylanıb
18 mart 2013 23:43 (UTC +04:00)

Masallıda Novruz sovqatı paylanıb

Novruz bayramı ərəfəsində Masallı Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü ilə rayondakı şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə, digər aztəminatlı ailələrə bayram sovqatı paylanıb. APA-nın cənub bürosunun məlumatına görə, RİH-nin nümayəndələri bu kateqoriyadan olan 1000-dən çox ailəyə baş çəkərək, onlara icra başçısı Rafil Hüseynovun bayram təbriklərini çatdırmaqla problemləri ilə maraqlanıblar. Göstərilən diqqət və qayğıya görə  şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələr prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Oxşar yazılar