Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanların qeydiyyatı başa çatıb. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. O qeyd edib ki, Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların indiyədək 86 faizi daxil olduqları məktəblərdə qeydiyyatdan keçiblər. “Bakalavrların verilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirməkdən imtina edilməsi kimi qiymətləndirilir və o, qəbul olanların siyahısından xaric edilir”.
E. Nağızadə deyib ki, qeydiyyatdan keçməyən bakalavrların itirdikləri boş yerlər magistraturaya boş qalan digər yerlərin siyahısına əlavə olunacaq və bu yerlərlə bağlı avqustun əvvəllərində əlavə müsabiqə elan ediləcək.
Qeyd edək ki, magistraturaya qəbul olanların qeydiyyatı iyulun 3-dən başlanılıb və bu gün 17.00-da başa çatıb.