Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanların qeydiyyatı bu gün saat 17.00-dək davam edəcək. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında deyib. Sədr müavini qeyd edib ki, Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların indiyədək 83 faizi daxil olduqları məktəblərdə qeydiyyatdan keçiblər. Onun sözlərinə görə, bakalavrlar həmin müddətədək qeydiyyatdan keçməlidirlər: “Bakalavrların həmin müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirməkdən imtina edilməsi kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından xaric ediləcək”.