Ali məktəblərin magistraturalarının boş qalan yerlərinə müsabiqə elan olunacaq. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, ayrı-ayrı magistratura proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərə müsabiqədə iştirak etmək üçün ərizə qəbulunun vaxtı avqustun əvvəllərində TQDK-nın rəsmi internet saytında və “Magistr” jurnalının növbəti sayında dərc olunacaq.
Qeyd edək ki, magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır. Magistraturaya qəbul imtahanlarının nəticələrinə əsasən isə, bu yerlərə
5765 bakalavr qəbul olunub.