2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatıb. Lent.az Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, təsdiq edilmiş ərizələrin sayı, Azərbaycan bölməsi üzrə 6690, rus bölməsi üzrə 589 olub.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, ümumilikdə 8391 plan yeri ayrılıb. Bunlardan 5858 yer Azərbaycan bölməsi, 866 yer rus bölməsi, qalan 1667 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.