Londonda ingilis dilində çap olunan “Bakı haqqında xatirələr” (Memories of Baku) kitabının təqdimat mərasimi keçirilib. Ölkəmizin Böyük Britaniyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, mərasim Britaniya-Azərbaycan Biznes Şurası və bir çox beynəlxalq şirkətin təşkilatçılığı ilə baş tutub.
Kitabda XIX əsrin ikinci yarısı – XX əsrin 20-ci illərinin əvvəllərini əhatə edən dövrdə Bakının mədəni həyatı və arxitekturası haqqında nadir arxiv materialları toplanıb.
Tədbirdə Londonda akkreditə olunmuş diplomatik korpusun, Böyük Britaniya və Azərbaycanın dövlət-hökumət, ictimaiyyət nümayəndələri, bu ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatların təmsilçiləri iştirak edib.
Böyük Britaniyadakı səfirimiz Fəxrəddin Qurbanov paytaxtımızın tarixindən danışıb və iştirakçıları Bakıya dəvət edib.