Lisenziyasız apteklərin fəaliyyəti dayandırılıb
24 yanvar 2013 13:20 (UTC +04:00)

Lisenziyasız apteklərin fəaliyyəti dayandırılıb

2012-ci il ərzində 368 aptekə baxış keçirilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 2012-ci il ərzində ölkə ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə reydlər keçirilib.

Ümumilikdə, yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 368 aptekdə yoxlama keçirilib.

 Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətlə məşğul olan 12 aptek aşkarlanaraq fəaliyyətləri Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən dayandırılıb.

 

Həmçinin keçirilən reydlər nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 7893 qutu, istifadə müddəti bitmiş 36 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar