Leyla Əliyevanın təşəbbüsü ilə sayt yaradıldı
11 fevral 2013 15:14 (UTC +04:00)

Leyla Əliyevanın təşəbbüsü ilə sayt yaradıldı

İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyasına dəstək olaraq, Qazaxıstanın  Aktau şəhərindəki Baş konsulluğumuz tərəfindən Qazaxıstanın informasiya məkanında sayt yaradılıb.  Konsulluğunn mətbuat katibliyindən Lent.az-a verilən məlumata görə, www.xocali.kz saytı əsasən rusdilli oxucular üçün nəzərdə tutulub. Sayt  “Xocalı soyqırımı, Xocalıya ədalət” adı ilə yaradılan və Qarabağ, Xocalı, fotoarxiv, videoarxiv və müraciətlər bölmələrindən ibarətdir.  Qarabağ bölməsində “Qarabağın tarixi”, “Ermənilərin Qarabağa köçürülməsi”, “Erməni təcavüzü”, “Dünya ictimaiyyəti” və “Ermənilər özləri haqqında” materiallar yerləşdirilib. Xocalı bölməsində isə “Xocalının alınmasına səbəb olan amillər”, “Şahidlərin gördükləri”, “Azad dəhliz”, “366-cı motoatıcı alayının rolu” və “Xocalıda soyqırımı qurbanları” adlı materiallar yer alıb.

 

Fotoarxiv və videoarxiv bölmələrində  Xocalı faciəsi ilə bağlı foto və videomateriallar yerləşdirilib.

Burda həmçinin www.justiceforkhojaly.org saytı vasitəsi ilə “Xocalıya ədalət” kompaniyası çərçivəsində Beynəlxalq təşkilatların rəhbərlərinə ünvanlanan petisiya və Ağ evin rəsmi veb-səhifəsində Xocalı soyqırımının tanınması məqsədilə azərbaycanlılar tərəfindən hazırlanmış müraciət yerləşdirilib. Oxuculara bu müraciətlərə birbaşa daxil olmaq və göndərilməsinə müvafiq texniki şərait yaradılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1487
avatar

Oxşar yazılar