Leyla Əliyeva müharibə və əmək əlillərini sevindirdi
12 may 2017 03:17 (UTC +04:00)

Leyla Əliyeva müharibə və əmək əlillərini sevindirdi

0

Heydər Əliyev Fondu Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə növbəti görüş təşkil edib.

 

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə,  nahar və çay süfrəsi arxasında keçən görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Leyla Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla səmimi söhbət edib.

 

Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, əmək və müharibə veteranları ilə və ahıllarla daim görüşlər keçirdiyini, onları qayğı ilə əhatə etdiyini vurğulayan pansionat sakinləri bunun mənəvi baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

Tədbirdə Heydər Əliyev Fondu adından hədiyyələr də verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar