Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasına ANS TV –nin parlament müxbiri buraxılmayıb. Lent.az-ın məlumatına görə, operator içəri buraxılsa da müxbir, tanınmış jurnalist Ləman Ələşrəfqızı MM-in binasına buraxılmayıb.
Ona adının siyahıdan çıxarıldığı bildirilib. Adının niyə siyahıdan çıxarılması isə açıqlanmayıb.
Qeyd edək ki, L. Ələşrəfqızı ötən iclasda deputatların bir – birlərinin, yaxud aparat əməkdaşının deputatların yerinə səs verməsi ilə bağlı tənqidi süjet hazırlamışdı.