Kür çayında axıma nəzarət başladı
17 may 2013 16:46 (UTC +04:00)

Kür çayında axıma nəzarət başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin ekspedisiya dəstəsi tərəfindən aprel ayında Kür çayının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölçmə işləri zamanı 6 məntəqədə çayın en kəsiyinin profili, sahəsi, dərinliyi, en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülüb və su sərfləri hesablanıb.

 

mışdır. Alınan nəticələr Kür çayında suyun sərfinin keçən il və ondan əvvəlki illərlə müqayisədə bu il xeyli aşağı olduğunu göstərib. Axım xeyli azalmış, müxtəlif məntəqələrdə su sərfləri və digər hidrometrik parametrlər isə aşağıdakı kimi olub:


- Kür-Yevlax məntəqəsində suyun sərfi 210,06 m3/s, çayın canlı en kəsiyinin sahəsi 307,21 m2, axımın orta sürəti 0,68 m/s, maksimal dərinlik 3,82 m;
 

- Kür-Zərdab məntəqəsində suyun sərfi 220,52 m3/s, çayın canlı en kəsiyinin sahəsi 318,16 m2, axımın orta sürəti 0,69 m/s, maksimal dərinlik 3,71 m; 
 

- Kür –Surra (Sabirabad) məntəqəsində suyun sərfi 205,99 m3/s, çayın canlı en kəsiyinin sahəsi 252,43 m2, axımın orta sürəti 0,82 m/s, maksimal dərinlik 3,25 m;
 

- Kür-Salyan məntəqəsində suyun sərfi 118,65 m3/s, çayın canlı en kəsiyinin sahəsi 272,79 m2, axımın orta sürəti 0,43 m/s, maksimal dərinlik 5,91 m;
 

- Kür-Bankə (Neftçala) məntəqəsində suyun sərfi 114,90 m3/s, çayın canlı en kəsiyinin sahəsi 437,56 m2, axımın orta sürəti 0,26 m/s, maksimal dərinlik 8,33 m; 
 

- Kür-Sübh (Mayak) məntəqəsində suyun sərfi 110,81 m3/s, çayın canlı en kəsiyinin sahəsi 418,47 m2, axımın orta sürəti 0,26 m/s, maksimal dərinlik 3,44 m olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701
avatar

Oxşar yazılar