Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Apabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim əsəcək. Havanın temperaturunun gecə 12-17 dərəcə, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, mayın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir .Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq. Dağlarda gecə 4-9 dərəcə, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü, eyni zamanda rütubətli hava şəraitinin üstünlüyü metohəssas insanlarda diskomfort hissi yarada bilər.