Komitə sədrləri Neftçala və Qubaya gedəcək
31 oktyabr 2013 11:52 (UTC +04:00)

Komitə sədrləri Neftçala və Qubaya gedəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov noyabrın 8-də Neftçalada vətəndaşları qəbul edəcək. Lent. az-ın məlumatına görə,  komitə sədrinin qəbulunda Neftçala sakinləri ilə yanaşı, Salyan, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad sakinləri də iştirak edə bilərlər.

 

Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov isə noyabrın 8-də Qubada şimal bölgəsinin sakinlərinin problemlərini dinləyəcək. Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı sakinləri iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823

Oxşar yazılar