Komitə sədri: “Pensiyaya çıxanların sayında şişirtmə var”
14 noyabr 2013 13:35 (UTC +04:00)

Komitə sədri: “Pensiyaya çıxanların sayında şişirtmə var”

Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinin müzakirəsinə başlanılıb.

Lent.az-ın məlumatına görə, fondun büdcə layihəsini Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib.
O bildirib ki, sosial sahəyə ayrılan vəsait son illərdə bir neçə dəfə artırılıb. Deputatın sözlərinə görə, sosial sığorta sahəsinə yönləndirilən vəsaitlər də artırılıb və bu sahədəki yığım potensialı da yüksəkdir.

H.Rəcəbli deyib ki, son illər əlilliyə görə əmək pensiyasına çıxanların sayı gələn il üçün 346 min nəfər təşkil edir və bu rəqəmlərdə şişirtmələr var. Deputat Sosial müdafiə fondunun büdcə layihəsini dəstəklədiyini bildirib və həmkarlarını da bu layihəyə səs verməyə çağırıb.

Dövlət sosial müdafiə fondunun sədr müavini Elman Mehtiyev fondun büdcə layihəsi ilə bağlı çıxışında bildirib ki, ötən illərdə fondun büdcəsi 2 milyard 208 milyon manat artıb, bu isə ötən ilə nisbətən 4 faiz çoxdur.

Fond rəsmisi qeyd edib ki, ötən il fondun xərclərinin 98 faizi pensiya və müavinətlərə ödənilib. E.Mehtiyevin sözlərinə görə, gələn il üçün inflyasiya 3,4 faiz nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1607
avatar

Anar Gəraylı

Oxşar yazılar