Kənd təsərrüfatı nazirinin 2 müavini işdən çıxarıldı
31 oktyabr 2013 12:46 (UTC +04:00)

Kənd təsərrüfatı nazirinin 2 müavini işdən çıxarıldı

“Dünən prezidentin sərəncamı ilə iki müavin vəzifəsindən azad edilib. Bunlar Aslan Aslanov və Bəhram Əliyevdir”. Lent.az-ın Modern.az-a istinadən xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı nazirinin 3 müavinindən biri İlham Quliyev hələlik vəzifəsini icra edir: “Kadr dəyişikləri bizim hədəfimizdə deyil. Bizim məqsədimiz mövcud potensialdan səmərəli istifadə etməkdir. Amma zərurət yaranarsa, indiki tələbata uyğun olmayan kadrlar işdən çıxarılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6159
avatar

Oxşar yazılar