Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək
27 iyun 2018 16:08 (UTC +04:00)

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


 

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar