Kəmaləddin Heydərov İran Gömrük İdarəsinin rəhbəri ilə görüşüb
30 sentyabr 2014 17:50 (UTC +04:00)

Kəmaləddin Heydərov İran Gömrük İdarəsinin rəhbəri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam respublikasının Gömrük İdarəsinin rəhbəri, iqtisadiyyat və maliyyə işləri üzrə nazir müavini Məsud Kərbasiyanla görüşüb. Lent.az-ın Fövqəaldə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

 

Kəmaləddin Heydərov bildirib ki, Azərbaycanla İran arasında əlaqələr iki ölkənin prezidentlərinin görüşlərindən sonra yeni impuls qazanıb. “Bizim əsas vəzifəmiz dövlət başçılarının qarşıya qoyduqları məsələləri uğurla həyata keçirməkdir”.   

Qonaq səmimi qəbula görə təşəkkürünü bildirib. İki dost və qonşu ölkənin müxtəlif dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Səlcuq Elçin

Oxşar yazılar