Kəmaləddin Heydərov Horadizdə vətəndaşları qəbul edəcək
28 yanvar 2015 09:54 (UTC +04:00)

Kəmaləddin Heydərov Horadizdə vətəndaşları qəbul edəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 30-da saat 11.00-da Horadiz şəhərində vətəndaşları qəbulu edəcək.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Muğam Mərkəzinin inzibati binasında keçiriləcək qəbuldaFüzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin inzibati binasında (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) 29 yanvar 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208

Oxşar yazılar