Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının rəhbəri ilə görüşüb
02 oktyabr 2014 18:21 (UTC +04:00)

Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının rəhbəri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, görüşdə nazir Helen Elizabet Klarka Fövqəladə Hallar Nazirliyi (FHN) və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, BMT-nin müvafiq qurumları ilə ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının əhəmiyyətini qeyd edib.

Kəmaləddin Heydərov bildirib ki, FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramı arasında imzalanan “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi uğurla həyata keçirilir, nazirliyin qurumları BMT-nin digər strukturlarının təşkil etdiyi beynəlxalq tədbirlər və təlimlərdə fəal iştirak edirlər.  

Helen Elizabet Klark səmimi qəbula və fəal əməkdaşlığa görə təşəkkür edərək bildirib ki, Azərbaycanda fəlakət risklərinin idarə olunması, fövqəladə halların  qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilib.

Görüşdə FHN və BMT İnkişaf Proqramının həyata keçirdikləri birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar FHN-in  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı” ilə tanış olubar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar