1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Milli Parkda aksiya keçiriləcək. Bu barədə Lent.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, həmin gün səhər saat 9:00-dan 13:00-a qədər parkdakı bəzi atraksionlar 15 yaşınadək uşaqlar üçün pulsuz olacaq.
N. Məcidov onu da əlavə edib ki, körpə uşaqları valideynləri də müşayiət edə biləcəklər.