<b>IX sinif buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? </b>
26 may 2017 12:11 (UTC +04:00)

IX sinif buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq?

IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri yaxın iki gün ərzində açıqlanacaq.

 

Lent.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZTV-də yayımlanan “Günün nəbzi” proqramında deyib ki, imtahan nəticələri dünən DİM-in Direktorlar Şurasında müzakirə edilib.

 

M.Abbaszadə bildirib ki, nəticələr bu il fərqli formada təqdim ediləcək: “İlk olaraq, martın 5-də keçirilən imtahanın nəticələri elan ediləcək. Daha sonra martın 12-si, martın 18-i və aprelin 16-da keçirilən imtahanların nəticələri açıqlanacaq. Bunlar arasında  iki ya üç gün fərq olacaq”. 

 

M.Abbaszadə deyib ki, imtahan nəticələri açıqlananda şagirdə yalnız arayış verilməyəcək: “ İmtahan yazılı formada olub və yazı işi  bir  neçə səhifədən ibarətdir. Hər bir şagird onu çap edib özü də yoxlaya bilər. Təqdim edilən arayışda şagirdin hər bir sual üzrə aldığı bal qeyd ediləcək. Saytımızda həmin variantda sualların qiymətləndirmə  meyarı da açıqlanacaq. İyunun 1-dən sonra isə imtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyaları fəaliyyət göstərməyə başlayacaq”.

 

 

 

 

 

# 237
avatar

Fərizə Əhmədova

Oxşar yazılar