IV qrupda imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır
27 iyul 2013 10:43 (UTC +04:00)

IV qrupda imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır

 

Xüsusi Dövlət Mühafizə Xidməti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə sabah ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək binalara baxış keçirirlər. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binaları yoxlanıldıqdan sonra mühafizəyə götürüləcək. 

 

 

IV qrup üzrə imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 21 binada keçiriləcək. İmtahanların idarə olunması üçün 98 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1018 nəzarətçi-müəllim cəlb olunacaq.

 

Bu il IV qrup üzrə 11793 abituriyent ərizə təqdim edib. Onlardan 11019 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493
avatar

Oxşar yazılar