İctimai Televiziya və Radio Verilişləri Şirkəti İTV-də bir neçə nəfərin işdən azad olunması ilə bağlı rəsmi məlumat yayıb. İTV-dən Lent.az-a verilən məlumatda bildirilir ki, bir sıra internet portallarında İTV əməkdaşlarının kütləvi şəkildə istefa verməsi ilə bağlı yayılmış məlumatlar həqiqətə uyğun deyil: “İctimaiyyətin nəzərinə çatdırırıq ki, həmin şəxslərlə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onların müqavilələrinə xitam verilib”.
Məlumatda həmçinin qeyd edilir ki, Hesablama Palatasının İTV-də yoxlaması başa çatmayana qədər keçmiş rəhbərliyi təmsil edən bir sıra maddi məsul şəxslərin, o cümlədən Baş direktorun müavini Çingiz Aslanovun əmək müqaviləsinə xitam verilə bilməzdi: “Yoxlama başa çatdıqdan sonra həmin şəxslərlə müqaviləyə xitam verildi və bunun peşəkarlıq məsələsi ilə heç bir əlaqəsi yoxdur”.

İTV: “Hesablama Palatası televiziyada yoxlama apardığı üçün...”
Oxşar yazılar

Vanqanın PROQNOZU: bu BÜRCLƏR tezliklə çox zəngin yaşayacaq
22 avqust 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
21 avqust 2025 , 20:43
Bu BÜRCLƏR ciddi sınaqla üzləşəcək və həyatlarını köklü dəyişdirəcəklər
21 avqust 2025 , 19:19Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32