“Bu gün İTV-də işdən azad olunan şəxslərin yerinə hələlik təyinat olmayıb”. Bu barədə Lent.az-a İTV-dən verilən rəsmi açıqlamada qeyd olunub. Verilən məlumata görə, bu məsələ İTV-in Yayım Şurasının iclasında müzakirə ediləcək.
Xatırladaq ki, bu gün İTV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, “Carçı-film” Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilovanın vəzifələrindən azad olunublar.