<b>FHN-də itən alpinistlərlə bağlı müşavirə keçirilib</b>
28 mart 2018 18:13 (UTC +04:00)

FHN-də itən alpinistlərlə bağlı müşavirə keçirilib

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, alpinistlərin axtarışları ilə əlaqədar martın 28-də Fövqəladə Hallar Nazirliyində əməliyyat müşavirəsi keçirilib. Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunmuş, hava şəraitinin istiləşməsi ilə əlaqədar axtarışlar üçün yaranan əlverişli şərait nəzərdən keçirilmiş və müvafiq göstərişlər verilib. Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.​

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar