İstirahət gününə olan hava proqnozu açıqlanıb
09 mart 2019 13:13 (UTC +04:00)

İstirahət gününə olan hava proqnozu açıqlanıb

Martın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-7 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

Bakıda gecə 5-7 dərəcəc isti, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 dərəcə, gündüz 55-60 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz  14-19 dərəcə isti,

dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  6-11 dərəcə isti təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Aygün İbrahimli

Oxşar yazılar