Yanvar ayı ilə müqayisədə fevralda istehlak mallarının qiymətləri və xidmət
tarifləri 0.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.0 faiz, bahalaşıb,
xidmət tarifləri və qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki səviyyəsində
qalıb. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 2012-ci ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.0 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, xidmət tarifləri 3.4 faiz bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 0.2 faiz ucuzlaşıb.
Yanvar ayında dövlət büdcəsinə 1768.1 milyon manat vəsait daxil olub, büdcədən 1391.7 milyon manat xərclənib, ayrılmış vəsaitin 777.4 milyon manatı iqtisadiyyatın inkişafına, 191.4 milyon manatı sosial müdafiə və sosial təminata, 25.5 milyon manatı təhsil və səhiyyəyə yönəldilib.