İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinə yenidən sədr seçildi
30 aprel 2013 15:46 (UTC +04:00)

İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinə yenidən sədr seçildi

0

Akademik İsmayıl Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilib.


 

AMEA mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncam Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən verilib.

 

Qeyd edək ki, İ. Hacıyev AMEA-nın aprelin 24-də keçirilən illik iclasında yenidən AMEA Naxçıvan Bölməsinin sədri seçilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 983

Oxşar yazılar