“Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) rəhbərlik etdikdən sonra AMEA-da müsbət dəyişikliklər baş verib”. Lent.az-ın məlumatına görə, bunu Milli Qurtuluş Günü münasibəti ilə AMEA-da keçirilən elmi konfransda çıxışı zamanı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, A. Əlizadə AMEA-da xeyli canlanma yaradıb.
İ. Həbibbəylinin sözlərinə görə, A. Əlizadənin Yeni Azərbaycan Partiyasının sədr müavini seçilməsi prezident İlham Əliyevin bütövlükdə Azərbaycan elminə diqqət və qayğısının nəticəsidir: “Azərbaycan Milli Elmlər Akademiyasının tarixində ilk belə haldır ki, AMEA prezidenti hakim partiyanın sədr müavini seçilir” .
AMEA-nın vitse-prezidenti onu da qeyd edib ki, bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində AMEA üzvlərinin hamısı prezident İlham Əliyevə səs verəcəklər.
İsa Həbibbəyli: “Akif Əlizadə seçiləndən AMEA-da müsbət dəyişiklər baş verib”
865