İqtisad Universitetində yay məktəbi açılıb
16 aprel 2014 11:02 (UTC +04:00)

İqtisad Universitetində yay məktəbi açılıb

Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlıq və KOS – Biznesin prinsiplərı: Biznesin yaradılmasının əsasları” mövzusunda yay məktəbinin rəsmi açılış mərasimi keçirilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimdə ADİU-nun rektoru, professor Ədalət Muradov, Almaniyanın Azərbaycandakı səfirliyinin daimi müşaviri Völfqanq Mössincer, DAAD-ın Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Nikola Ulliş və Siegen Universitetinin “Sahibkarlıq və Ailə Biznesi” Kafedrasının rəhbəri, professor Petra Moog iştirak edib.

Rektor Ə. Muradov Almaniyanın Siegen Universiteti ilə birlikdə təşkil olunan məktəbin açılışı münasibətilə hər iki universitetin nümayəndələrini təbrik edib. Rektor bu layihənin həm universitetlərarası, həm də ölkələrarası əlaqələrin və dostluğun möhkəmlənməsində rolunu vurğulayıb.

Almaniyanın Azərbaycandakı səfirliyinin daimi müşaviri V. Mössincer bundan sonra da ADİU və Almaniyanın ali təhsil müəssisələri arasında həyata keçiriləcək layihələrin dəstəklənəcəyini deyib. 

DAAD-ın Bakıdakı nümayəndəliyinin rəhbəri isə gələcəkdə də bu cür layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycanda təhsil alan alman tələbələrinin sayının artırılmasının zəruriliyindən danışıb.

Gələcəkdə ADİU ilə Siegen Universiteti arasında birgə magistratura proqramının yaradılması istiqamətində də ilkin razılıq əldə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644
avatar

Oxşar yazılar