Aprelin 21-dən 25-dək Rusiyanın Yekaterinburq şəhərində Avrasiya Gənclərinin V İqtisadi Forumu keçiriləcək. Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türkiyə, Çin, Qazaxıstan, Uruqvay, Ekvador, Özbəkistanın iştirak etdiyi beynəlxalq forumda Azərbaycanı ADİU Tələbə Elmi Cəmiyyəti təmsil edəcək.
Tədbirdə TEC sədri Cavidan Qasımlı “Transmilli korporasiyaların beynəlxalq aləmdə hüquqi tənzimlənməsi” mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, universitet tələbələri artıq ikinci dəfədir ki, bu beynəlxalq forumda iştirak edirlər. Ötən il onlar iqtisadiyyat bölməsi üzrə 63 ölkə arasında ikinci yerə layiq görülüblər.