Alimlər yeni tədqiqatların nəticələrinə əsaslanaraq qərara alıblar ki, intellektin ölçülməsi, xüsusilə IQ test yoxlaması səhv fikirdir və heç bir məna kəsb etmir. Lent.az-ın AMEA-a istinadən verdiyi məlumata görə, onlayn rejimdə həyata keçirilən və 100 mindən çox insan üzərində aparılan tədqiqatlar yer kürəsinin bütün nöqtələrini əhatə edib. Respondentlərə 12 koqnitiv diqqət, düşüncə, yaddaş testindən keçmək, həmçinin ailə və həyat tərzi haqqında sorğu vərəqəsini doldurmaq xahiş olunub.
Tədqiqatın nəticələri göstərib ki, müşahidə edilən dəyişikliklər ən azı üç müxtəlif amillə izah oluna bilər: qısamüddətli yaddaş, düşüncə və şifahi komponentlər. Bu komponentlər arasında hər şeyi təkbaşına izah edə bilən komponentə rast gəlinməyib.
Bundan başqa, alimlər koqnitiv yaddaşda fərqlərin müxtəlif beyin sxemləriylə təyin edildiyini təsdiq etmək üçün maqnit-rezonans tomoqrafiyadan istifadə etmişlər. Deməli, vahid anlayış kimi “intellekt” mövcud deyil, lakin qabiliyyətlərin bir-birindən asılı olmadan işləyən və bütöv şəkli formalaşdıran bir neçə tipi var. Bu bildirir ki, İQ testlər həqiqətən səhvdir və reallığı əks etdirmir.
Alimlər yaş, cins və kompüter oyunlarına meylin koqnitivlik qabiliyyətinə təsir etməsi qanunauyğunluğunu aşkar etmişlər. Qəribə orasındadır ki, müntəzəm məşqlər onlar üçün əhəmiyyətli deyil. Lakin qocalığın yaddaşa və mühakimə qabiliyyətinə bəzən mane olduğu söylənilir. Kompüter oyunlarını oynayan insanlar qısa müddətli yaddaş cəhətdən müsbət nəticələr göstərirlər. Siqaret çəkənlərdə qısa müddətli yaddaş, əksinə, daha pis nəticələr verir. Narahatlıqdan əziyyət çəkənlər ən pis qısa müddətli yaddaş göstəricilərinə malikdir.