İnsan beyninin xəritəsi hazırlanacaq-100 milyon dollara
03 aprel 2013 23:17 (UTC +04:00)

İnsan beyninin xəritəsi hazırlanacaq-100 milyon dollara

ABŞ prezidenti Barak Obama bildirib ki, Konqresdən insan beyninin daha detallı xəritəsinin hazırlanması layihəsinə 100 milyon dollar ayrılmasını xahiş edəcək.


Obama bu planını aprelin 2-də Ağ Evdə alim və qonaqlar qarşısında açıqlayıb:


“Biz insanlar işıq illəri uzaqlığındakı qalaktikaları aşkarlaya, atomdan da kiçik hissəcikləri öyrənə bilərik. Amma biz hələ də qulaqlarımız arasında yerləşən üç funtluq* materiyanın sirrini açmamışıq”.

 

Ağ Ev ümid edir ki, BRAIN Təşəbbüsü (Brain Research through Advancing Innovative Neurotechnologies) adından da göründüyü kimi nevroloji və psixi xəstəliklərin müalicəsi üçün yeni texnologiyaların yaradılmasına yol açacaq.  
 

Obama üzünü auditoriyaya tutaraq “təsəvvür edin” deyib: “elə bir dövr gəlir ki, daha heç bir ailə Parkinson maskası geyməyə məcbur olmuş, yaxud epilepsiyadan əziyyət çəkən əzizinin onların gözü önündə əriyib getməsinə ümidsizcəsinə baxmalı olmur”.
 

Amma Obamanın sözlərinə görə, həkimlər insan beynini bütün incəliklərinə qədər bilmədikləri üçün buna çarə tapa bilmirlər:


“Buna görə də biz hələ də Alzhaymer, yaxud autism kimi xəstəlikləri müalicə edə, beynə qan sızmasının nəticələrini tam aradan qaldıra bilmirik”.

 

Obama bildirib ki, BRAİN Təşəbbüsü alimlərə insan beyninin daha dinamik təsvirinə nail olmağa, insanın necə düşündüyü, yaddaşının necə fəaliyyət göstərdiyi haqda daha dolğun təsəvvür yaratmağa imkan verəcək. Və əldə edilmiş həmin biliklər elmdə sıçrayışa səbəb ola bilər. 


Obamanın proqnozuna görə, sözügedən araşdırma “milyonlarla yox, milyardlarla insanın həyatına müsbət dəyişiklik gətirə bilər”.


Əgər Konqres layihəni təsdiqləsə, araşdırma ilə Milli Səhiyyə İnstitutu, Milli Elm Fondu və s. təşkilatlar məşğul olacaqlar.


ABŞ kimi ölkə üçün 100 milyon dollar elə də böyük pul olmasa da, layihə Konqresdən keçməyə də bilər. Millət vəkilləri arasında büdcə xərclərini azaltmağın yolları ilə bağlı mübahisə bir neçə aydır davam edir.


Obama isə bildirir ki, özəl şirkətlərin və universitetlərin də araşdırmaya dəstək olmaları üçün əlindən gələni əsirgəməyəcək.


Prezident Ağ Evin bioetik komissiyasının araşdırmaya nəzarət etməsinə göstəriş verəcək.
 

İnsan beyni üzrə mütəxəssislər Obamanın planını alqışlayıblar.

 

Azadlıq Radiosu

# 905
avatar

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22