Bu il fəaliyyətə başlayacaq İnformasiya Texnologiyaları Universitetinə qəbul planı açıqlanıb. Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında adıçəkilən ali məktəbin qəbul planı barədə məlumat verib. O bildirib ki, İnformasiya Texnologiyaları Universitetinə bu il 60 plan yeri nəzərdə tutulub.
Qeyd edək ki, İTU dövlət başçısı İlham Əliyevin 1 fevral tarixli sərəncamına əsasən yaradılıb və bu ilin sentyabrından fəaliyyətə başlayacaq.