İmtahana hansı sənədlər tələb olunur?
14 mart 2013 10:40 (UTC +04:00)

İmtahana hansı sənədlər tələb olunur?

Martın 17-də respublikanın bütün peşə liseylərində  buraxılış imtahanları keçiriləcək. Bu barədə Lent.az-a TQDK-nın mətbuat Xidmətindən məlumat verilib.  

 23 şəhər və rayonda keçiriləcək imtahanlarda 4910  məzunun iştirakı nəzərdə tutulur.  İmtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb. İmtahanlar  eyni vaxtda, 12:00-da başlayacaq. 

 Şagirdlər  buraxılış vərəqələrini “Şagird-Məzun"sistemi”nə daxil olub çap edə bilərlər. 

İimtahan prosesi ilə bağlı vacib tövsiyələrlə,  qaydalarlalar və digər zəruri məlumatlarla”Yaddaş kitabçası”nda tanış olmaq mümkündür. 

 İmtahana  buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əsli,  şəxsiyyət vəsiqəsi, əcnəbilərin şəxsi pasportları və ya icazə vəsiqələri, vətəndaşlığı olmayan şəxslər in şəxsiyyət vəsiqələri və ya icazə vəsiqələri, qaçqın statusu almış xarici vətəndaşların və onların ailə üzvlərinin isə qaçqın vəsiqələri gətirilməlidir.

Buraxılış imtahanları  2 fənn üzrə - ana dili və  riyaziyyat fənlərindən olacaq.  2 saat  çəkəcək. Hər fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) nəzərdə tutulub və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılıb. Son 30 dəqiqə  isə imtahan iştirakçıları təqdim olunacaq mövzu  üzrə yazı işini yerinə yetirməlidirlər. 

Test suallarının hər biri 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işinin nəticəsi balla qiymətləndirilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar