[b]İlk sosial mənzillərin istifadəyə veriləcəyi tarix açıqlandı[/b]
16 noyabr 2017 15:30 (UTC +04:00)

[b]İlk sosial mənzillərin istifadəyə veriləcəyi tarix açıqlandı[/b]

 

 

"2018-ci ilin yayında sakinlər ilk sosial mənzillərinə köçəcəklər". Lent.az-ın məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bu gün keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, bir neçə aya mənzillərin satışı ilə bağlı elan veriləcək: "Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşın imzalayacağı müqavilə formasını hazırlayıb. Artıq yeni forma razılaşdırılması üçün Azərbaycan Dövlət İpoteka Fonduna göndərilib. 29 binadan ibarət yaşayış kompleksində mənzillərin sayı 1843-dür. Bir otaqlı mənzillərin sayı 324, iki otaqlı mənzillərin sayı 1052, üç otaqlı mənzillərin sayı 467 olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217

Oxşar yazılar