İlan vuran uşaq öldü - YENİLƏNİB
05 iyul 2013 18:08 (UTC +04:00)

İlan vuran uşaq öldü - YENİLƏNİB

Azərbaycanda 6 yaşlı uşaq ilan vurması nəticəsində ölüb.


 

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şəkərli kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovanı yaşadığı evin həyətində oynayarkən ilan vurub.

 

G. Didarova Respublika Toksikoloji Mərkəzində vəfat edib.

 

 

****

11.50

Bu həftə 2 nəfəri ilan, 1 nəfəri əqrəb, 2 nəfəri hörümçəyin zəhərli növü olan qara qurd  sancıb.

 

Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib.

 

Azər Maqsudov Şəmkir və Salyanda ilan sancan şəxslərin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirildiklərini, vəziyyətlərin hələ də ağır olaraq qaldığını bildirib.

 

Əqrəb sancan şəxsin vəziyyətində ağırlaşma qeydə alınmayıb. Qara qurd sancan şəxslərin birinin isə vəziyyətində ağırlaşma müşahidə olunsa da, həkimlərin səyi nəticəsində durumu yaxşılaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6602
avatar

Oxşar yazılar