III ixtisas qrupu üzrə imtahanın nəticələri yaxın 2 gündə açıqlanacaq
15 iyul 2013 10:05 (UTC +04:00)

III ixtisas qrupu üzrə imtahanın nəticələri yaxın 2 gündə açıqlanacaq

 

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə qəbul imtahanında  istifadə olunmuş test tapşırıqlarının bölmələr və variantlar üzrə düzgün cavabları açıqlanıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, imtahan suallarının düzgün cavabları TQDK-nın saytında yerləşdirilib.

 

Qeyd edək ki, iyulun 14-də TQDK bu gün 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilib. İmtahanların idarə olunması üçün 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2318 nəzarətçi-müəllim cəlb olunub.  2013-cü ildə  III qrup üzrə  28939  abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin,2163 nəfəri isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 7633 nəfərini oğlanlar,21306  nəfərini isə qızlar təşkil edir.  15622 nəfər orta ümumtəhsil məktəblərinin builki, 10715 nəfər isə əvvəlki illərin məzunudur.  

 

E. Nağızadə deyib ki, imtahanın nəticələri yaxın 2 gün ərzində açıqlanacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118
avatar

Oxşar yazılar