II qrup üzrə “İmtahana buraxılış vərəqəsi” verilir
29 iyul 2013 10:42 (UTC +04:00)

II qrup üzrə “İmtahana buraxılış vərəqəsi” verilir

 

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də ali təhsil müəssisələrinin II ixtisas qrupu keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq iş nömrəsi, şifrə və kodu daxil etməklə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına iyulun 14-dən başlanıb. Ali məktəblərə ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə, iyulun 21-də isə I ixtisas qrupu üzrə, iyulun 28-də IV ixtisas qrupu üzrə keçirilib. Bu il üzrə sonuncu qəbul imtahanı isə avqustun 3-də II ixtisas qrupu üzrə təşkil olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar