İndiyə qədər I sinfə qəbul üzrə 57 minə yaxın sorğu yerləşdirilib.
Bu barədə Lent.az-a Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 2018-2019-cu tədris ili üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə elektron sistem vasitəsi ilə şagird qəbulu davam edir.
Qeyd edək ki, I sinfə şagird qəbulu 15 sentyabr 2018-ci il tarixə kimi davam edəcək. Qəbul prosesi zamanı mövcud siniflərdə şagird yerləri tutulmuş məktəblərdə müvafiq təhlillər aparılır, məktəbin şagird tutumu və kadr imkanları nəzərə alınaraq, əlavə siniflər açılır və yaxud valideynlər yaxın məktəblərə yönləndirilir.