I ixtisas qrupu üzrə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb
15 iyul 2013 10:39 (UTC +04:00)

I ixtisas qrupu üzrə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

 

 

İyulun 21-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilən I ixtisas qrup üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq iş nömrəsi, şifrə və kodu daxil etməklə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər.

 

Qeyd edək ki, I ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 21-də 11 bölgədə keçiriləcək. İyulun 28-də IV, avqustun 3-də isə II ixtisas qrupu üzrə qəbul imtahanları baş tutacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Oxşar yazılar